Lənkəranlı narkokuryer Balakəndə saxlanılıb

Lənkəranlı narkokuryer Balakəndə saxlanılıb
15.04.2024 09:11
Aa
dəq

Lənkəran sakini Balakəndə 10 kiloqram narkotiklə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qeyri-leqal yollarla ölkə ərazisində göndərilən külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Tədbirlər nəticəsində Lənkəran şəhər sakini İslam Məmmədov saxlanılıb.

Ondan 10 kiloqram marixuana və 150 ədəd metadon həbi aşkarlanıb.

Saxlanılan şəxs İran vətəndaşı tərəfindən maddi gəlir qarşılığında narkokuryerliyə cəlb olunduğunu bildirib. İ.Məmmədovun əvvəllər də dəfələrlə narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib.

Məhkəmənin qərarı ilə İ.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Son 1 ay ərzində isə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Həftənin ən çox oxunanları

Qəsdən adam öldürmədə şübhəli bilinən şəxs ürəktutmadan vəfat edib

Qəsdən adam öldürmədə şübhəli bilinən şəxs ürəktutmadan vəfat edib
DAVAMIN OXU davamın oxu

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu

Abşeronda qətl hadisəsi törədilib

Abşeronda qətl hadisəsi törədilib
DAVAMIN OXU davamın oxu

Abşeronda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Abşeronda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu

Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb

Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
DAVAMIN OXU davamın oxu