Latviya hakimiyyəti 2026-cı ilin əvvəlindən etibarən sərxoş vəziyyətdə avtomobil idarə etdiklərinə görə müsadirə olunan 187 nəqliyyat vasitəsini ödənişsiz olaraq Ukraynaya təhvil verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Məlumata görə, Ukraynaya göndərilən texnikalar arasında yolsuzluq avtomobilləri, kvadrosikllər və mikroavtobuslar da var.
Bildirilib ki, Latviya Nazirlər Kabineti gələn həftə Ukraynaya daha 21 avtomobilin verilməsi məsələsini müzakirə edəcək.
Müvafiq qərar qəbul olunacağı təqdirdə, bu il Ukraynaya təhvil verilən nəqliyyat vasitələrinin ümumi sayı 208-ə çatacaq.