Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Latviya Prezidenti Edqars Rinkeviçs "Bakı Ağ Şəhər"də olub

2 dəq
Paylaş:
Latviya Prezidenti Edqars Rinkeviçs "Bakı Ağ Şəhər"də olub

Azərbaycanda rəsmi səfərdə olan Prezidenti Edqars aprelin 22-də "Bakı Ağ Şəhər"də olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "Bakı Ağ Şəhər" layihəsinin icraçı direktoru Ruslan Sadıxov Latviya prezidentinə burada icra olunmuş və hazırda həyata keçirilən işlər barədə məlumat verib.

Bildirilib ki, ərazi 150 ildən çox müddətdə neft sənayesi tullantıları ilə həddindən artıq çirkləndiyi və burada çoxsaylı neft gölməçələri yarandığı üçün bir vaxtlar "Qaraşəhər" kimi tanınırdı. Prezidentinin təşəbbüsü ilə bu ərazi dünya miqyasında nadir layihəyə, müasir yaşayış massivinə çevrilib.

"Bakı Ağ Şəhər" layihəsi dünyada müasir şəhərsalma konsepsiyasının ən parlaq nümunələrindən biridir. Layihənin icrasına İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2011-ci il dekabrın 24-də başlanılıb. Layihə ekoloji cəhətdən təmiz, dayanıqlı və "ağıllı şəhər" prinsipləri əsasında işlənib hazırlanıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax