Yanvarın 31-də Şuşa şəhərində keçirilən “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Könlüm Şuşada 2023” adlı tədbir çərçivəsində ilk olaraq Laçın-Xankəndi yolunda keçirilən dinc ekoloji aksiyanın iştirakçısı olan gənclər Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edilib.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, Azərbaycan gəncləri birlik nümayiş etdirərək, əzm və qətiyyətlə sözügedən aksiyanı artıq 52 gündür davam etdirirlər.
Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində toplaşan gənclərin tələbi Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı və ekoloji cinayətlərin dərhal dayandırılmasıdır.