Narkotik alış-satışı ilə məşğul olan şəxslər saxlanıldı

Narkotik alış-satışı ilə məşğul olan şəxslər saxlanıldı
18.02.2023 09:13
Aa
dəq

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi - OMM"-ə verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Vüsal İmaməliyev saxlanılıb. Həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan bir büküm narkotik vasitə olan heroin aşkar edilib.

Dindirilmə zamanı V.İmaməliyev narkotik maddəni tanışı Röyal adlı şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq rayon sakini Röyal Əhmədov da saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxsdən isə təmiz çəkisi 1 kiloqramdan artıq narkotik vasitə heroin götürülüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

V.İmaməliyev və R.Əhmədov bundan əvvəl də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıblar.

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu