KTMT Rusiyaya niyə kömək etmir?

KTMT Rusiyaya niyə kömək etmir?
21.08.2024 14:25
Aa
dəq

Ukraynanın Kursk əməliyyatı bölgədə və dünyada yeni reallıq yaradıb. Reallıq isə ondan ibarətdir ki, Rusiyanın ərazisi Ukraynanın hərbi qüvvələri tərəfindən nəzarətə alınıb. Amma reallığa nəzər salsaq görərik ki, Ukrayna bu məsələdə təcavüzkar dövlət kimi tanına bilməz. Səbəbi isə 2022-ci ildən bəri Ukrayna Rusiya tərəfindən hərbi təcavüzə uğrayıb. Bu gün Ukrayna Rusiyaya qarşı cavab tədbirləri görməkdə həm öz konstitusiyasına, həm də beynəlxalq hüquqa görə haqlıdır.

Amma  məsələ biraz fərqlidir…

Bilirik ki, Rusiya KTMT-nin üzvüdür. KTMT isə 1992-ci ildə əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. Rusiyada daxil olmaqla bu təşkilatın 6 üzvü var – Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan. KTMT nizamnaməsinə əsasən bütün üzv ölkələr güc tətbiq etməkdən çəkinməyə səslənilir. Üzv ölkələr hər hansı başqa bir hərbi ittifaqa və ya ölkə qruplarına qoşula bilməz, həmçinin üzv ölkələrdən hansısa birinə qarşı təhlükə yaranacağı təqdirdə bu təşkilata üzv olan digər ölkələrə qarşı da aqresiya kimi qəbul edilir. Amma bu nizamnamədə yanlış irəliləyən bir nüans var…

Qeyd edək ki, Kursk əməliyyatı 10 günə yaxın müddətdir ki, davam edir. Ukrayna Kursk ərazini nəzarətə götürüb. Amma KTMT-yə üzv olan dövlətlər bununla bağlı heç bir reaksiya vermir və Rusiyaya dəstək əlini uzatmırlar. Səbəbi isə müəmmalıdır. Ya Rusiya müraciət etməyib, ya da onların bu addımı atmamasında xüsusi bir səbəb var.

Bəs KTMT-yə üzv olan dövlətlərin əsas məqsədi nədir? KTMT-nin bu cür tərəfsiz qalması və reaksiya verməməsi təşkilatın gələcəyini sual altında qoyurmu?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan hərbi-siyasi ekspert Azad İsazadənin sözlərinə görə, KTMT real beynəlxalq təşkilat deyil:

AbzasMedia - Azad İsazadə: 'Ordunun qələbəsi cəmiyyətdə müsbət emosiya  yaradır'

“KTMT Rusiyanın yaratdığı qurma təşkilatdır. KTMT-nin tərkibindəki hər şeyi Rusiya həll edir və hər şey Rusiyanın nəzarəti altındadır. Buna görə də KTMT öz başına heçnə etməyəcək. Qaydaya görə, hansısa KTMT üzvü aqressiya ilə üzləşsə və təşkilata müraciət edib kömək istəsə, o zaman KTMT qərar qəbul edə bilər. Qeyd edim ki, Rusiya Kursk vilayətinin Ukrayna tərəfindən işğalını boynuna almır və orada olan vəziyyəti isə təxribat adlandırır. Hətta Kurskda və qonşu vilayətdə belə hərbi vəziyyət elan etməyib. Səbəbi isə ictimaiyyəti oyatmamaq və öz acizliyini göstərməməkdir. Müharibəni Ukrayna başlamayıb. Müharibəni Rusiya başlayaraq Ukrayna ərazisinə daxil olub, nəticədə də bu gün Rusiya ərazisinə zərbə vurulur. Bəs Moskva KTMT-yə rəsmi müraciət etsə, nə baş verəcək?”

Müsahibimiz deyir ki, əvvəl KTMT qərar qəbul etməlidir. KTMT-yə üzv olan ölkələrə nəzər salsaq, görərik ki, Ermənistanın bu müraciətə reaksiyası neqativ olacaq. Çünki Ermınistan vaxtı ikən bağırırdı ki, KTMT köməyə gəlsin. İndi Ermənistan kömək əlini uzatmamaqda haqlıdır. Ermənistan bu müraciətə qoşulmayacaq. Qoşulmaq istəsə belə, onun real ordusu və qoşunu yoxdur. 44 Günlük Müharibədən sonra ordusunu yavaş-yavaş bərpa etməyə başlayıb. İndi də həmin qoşunları Kurska göndərsə, Ukrayna ordusu onu darmadağın edəcək. Ona görə də Ermənistan Rusiyaya qoşun göndərməyəcək.

“Qazaxıstana gəldikdə isə vaxtı ikən o, Rusiyaya müraciət etdikdən sonra KTMT Qazaxıstana qoşun göndərib. Amma 2022-ci ildən bu günə kimi Dövlət Dumasının bütün deputatları bəyan edir ki, Qazaxıstan adında dövlət olmayıb, Qazaxıstan Rusiyanın torpaqlarıdır və o, Rusiyanın torpaqlarını qaytarmalıdır. Belə bəyanatlardan sonra Qazaxıstan öz sərhədlərini və öz ordusunu gücləndirməyə başlayıb. İndi isə öz ordusunu Kurskda Ukrayna ilə döyüşə göndərməsi absurddur. Çünki sabah Rusiya ordusu gəlib Qazaxıstanın yarısını işğal edə bilər. Ona görə də Qazaxıstan heç vaxt bu riskə getməyəcək. Qırğızıstan və Tacikistanın isə orduları güclü deyil. Nəzərə alsaq ki, Əfqənistan sərhədində gərginlik var. Orada narkotik trafiki də mövcuddur. Onlar bir-biri ilə müharibə edir, Talibanın orada periodik müdaxilələri var və onların normal qoşunları yoxdur. Tacikistan və Qırğızıstan da Kurska Ukrayna ilə döyüşməyə ordu göndərməyəcək”.

Belarusun imkanlarının daha geniş olduğunu vurğulayan ekspert bildirir ki, Belarus Rusiya ilə ayrıca ittifaq yaradıblar. Belarus 2022-ci ildə ittifaq dövlət kimi icazə verib ki, Rusiya onların ərazisindən keçib Ukraynaya hücüm etsin. Hətta Rusiya Belarus ərazisini Ukraynaya zərbələr endirmək üçün istifadə edib, O cümlədən “İskəndər”ləri Belarus ərazisindən atıblar. Amma Belarus öz ordusunu Rusiyanın qələbə qazanmaq şansı olan periodda belə döyüşmək üçün göndərməyib. Belarus əsgəri Ukrayna sərhəddini heç vaxt keçməyib. İndiki vəziyyətdə isə Belarus istəməz ki, bu məsələyə qoşulsun. Rusiya çoxdan istəyir ki, Belarus ordusu Ukraynaya zərbə endirsin, amma Lukaşenko bu günə qədər Rusiyanın təyziqlərinə baxmayaraq, o addımı atmayıb:

KTMT genişlənəcək?

“Belarus Ukraynaya qarşı hansısa addım ata bilər, amma atmayıb. Çünki Belarus başa düşür ki, o qədər də böyük ordusu yoxdur. Təxminən 30 mindən ibarət döyüş qabiliyyəti olan ordusu var. Rusiya ordusunun 30 minlik əsgərlərini isə Ukrayna bir aya məhv edir. Deməli, Belarus ordusunun əsgərlərini də məhv etmək üçün Ukraynaya təxmini 1 ay vaxt lazımdır ki, onları darmadağın etsin. Nəticədə Ukraynanın əlində bunu etmək üçün həm səbəb, həm də imkan var ki, özü Belarus ərazisinə girsin və oranı darmadağın etsin. Xatırladım ki, Belarusun Rusiya kimi müqavimət göstərmək üçün gücü yoxdur. Ukraynanın atdığı raketlər Belarusun fərqli mərkəzlərini, neftayırma zavodunu dağıdacaq, Ukrayna ordusu Polşanın sərhəddinə çıxacaq. Yaddan çıxartmayaq ki, Ukrayna ordusunun tərkibində xüsusi bir alay var ki, həmin alayda Belaruslardan ibarət könüllülər döyüşür və istəyərlər ki, Ukrayna icazə versin və onlar Belarusa müdaxilə etsinlər, Belarus ərazisinə girsinlər. Onlar Belarusa girsə, əhali də onları dəstəkləyəcək. Belarusun Ukrayna müharibəsinə qoşulması isə faktiki Lukaşenkonun sonu deməkdir. Ona görə də KTMT üzvləri çalışacaqlar ki, Ukrayna-Rusiya müharibəsindən uzaq olsunlar və bundan hansısa formada imtina etsinlər”.

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu