"Milan"da uğurlu mövsüm keçirən 27 yaşlı ABŞ-li hücumçu Kristian Pulisiç yenidən İngiltərəyə qayıda bilər.
“Operativ Məlumat Mərkəzi-OMM” “BBC Sport”a istinadən xəbər verir ki, "Tottenhem" keçmiş "Çelsi"li ulduzla yaxından maraqlanır.
Klubun baş məşqçi planları da maraq doğurur.
"Spurs" yayda keçiriləcək Dünya Kubokundan sonra ABŞ millisinin hazırkı çalışdırıcısı Maurisio Poçettinonu yenidən komandaya gətirmək niyyətindədir.
O vaxta qədər isə komandaya müvəqqəti məşqçinin rəhbərlik edəcəyi gözlənilir.