Operativ Məlumat Mərkəzi

Korrupsiya risklərinin idarə edilməsi qaydaları hazırlanacaq

1 dəq
Paylaş:
Korrupsiya risklərinin idarə edilməsi qaydaları hazırlanacaq
bu, Prezident İlham Əliyevin “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

Dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində korrupsiya risklərinin idarə edilməsi qaydaları hazırlanacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti dövlət və yerli özünüidarəetmə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin, publik hüquqi şəxslərin və büdcə təşkilatlarının fəaliyyətində korrupsiya risklərinin idarə edilməsi qaydalarını dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər