Kolleclərə qəbul üçün 31 mindən çox abituriyent ərizə verib

Kolleclərə qəbul üçün 31 mindən çox abituriyent ərizə verib
15.04.2024 09:53
Aa
dəq

9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 15 aprel saat 23:59-dək aparılacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd edilib ki, abituriyentlər internet saytının ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat "Abituriyentin elektron ərizəsi" proqramı tərəfindən abituriyentə təqdim olunur.

Qeyd edək ki, bu gün saat 09:00-a olan məlumata əsasən, 31379 abituriyent öz ərizəsini təsdiq edib. 1560 abituriyent isə elektron ərizəsini doldurub yadda saxlasa da, hələlik təsdiq etməyib. Həmin abituriyentlərə də tövsiyə edirik ki, ərizənin təsdiqini təmin etsinlər.

Həftənin ən çox oxunanları

Daha 62 nəfərin diplomu tanınmayıb

Daha 62 nəfərin diplomu tanınmayıb
DAVAMIN OXU davamın oxu

Aprel ayında BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Aprel ayında BŞTİ-yə 5 mindən çox müraciət daxil olub
DAVAMIN OXU davamın oxu

Sertifikasiya imtahanlarının vaxtları məlum olub

Sertifikasiya imtahanlarının vaxtları məlum olub
DAVAMIN OXU davamın oxu

Olimpiadada məktəblilərimiz 1 gümüş və 2 bürünc medal qazanıblar

Olimpiadada məktəblilərimiz 1 gümüş və 2 bürünc medal qazanıblar
DAVAMIN OXU davamın oxu

DİM: Həftəsonu imtahanlarda 11943 nəfər iştirak edəcək

DİM: Həftəsonu imtahanlarda 11943 nəfər iştirak edəcək
DAVAMIN OXU davamın oxu