Operativ Məlumat Mərkəzi

KİV: "İrandakı zəlzələ nəticəsində dağıntılar var"

1 dəq
Paylaş:
KİV: "İrandakı zəlzələ nəticəsində dağıntılar var"

Episentri İranın Xoy vilayəti olan zəlzələ nəticəsində təbii fəlakətin baş verdiyi ərazidə dağıntılar qeydə alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Iranworkers” tviter səhifəsi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar sonucunda Xoy şəhərində elektrik və qaz verilişi kəsilib.

Eyni zamanda, nəşrin məlumatına görə, şəhərdə xəsarət alan vətəndaşlar da var.

Qeyd edək ki, Xoy Azərbaycan türklərinin kompakt yaşadığı şəhərlərdən biridir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər