Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Filippin səfiri Çin XİN-ə çağırıldı

1 dəq
Paylaş:
Filippin səfiri Çin XİN-ə çağırıldı

Filippin səfirini Xarici İşlər Nazirliyinə (XİN) çağırıb və bir gün əvvəl Çin dənizindəki İkinci Tomas dayazlığı ərazisində iki ölkənin gəmiləri arasında baş vermiş insidentlə əlaqədar ona rəsmi etirazını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” "Reuters"ə istinadən xəbər verir ki, bu barədə XİN-in bəyanatında vurğulanıb.

Ötən gün mübahisəli sularda gəmilərin toqquşmasından sonra Çin və Filippin bir-birini təxribatda günahlandırıblar.

Manila Filippin Dəniz Qüvvələrinin hərbçilərindən birinin başından zərbə aldığını bildirib, Pekin isə Filippin tərəfini insidentə təhrik etməkdə günahlandırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax