Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hikmət Hacıyev Aİ ilə Trans-Xəzər layihəsini müzakirə etdi

1 dəq
Paylaş:
Hikmət Hacıyev Aİ ilə Trans-Xəzər layihəsini müzakirə etdi

Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Avropa İttifaqının (Aİ) Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi səfir Eduard Stiprais ilə mühüm regional layihələri müzakirə edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Hikmət Hacıyev aparılan danışıqların detalları barədə "X" hesabında rəsmi paylaşım edib.

"Avropa İttifaqının Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi səfir Eduard Stiprais ilə regional , xüsusilə əlaqəlilik, eləcə də Trans-Xəzər Nəqliyyat MarşrutuTRIPP layihələri ilə bağlı səmərəli müzakirələr apardıq.

Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasında tam üzvlüyü nəzərə alınmaqla, bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur", - deyə paylaşımda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax