Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hikmət Hacıyev: Azərbaycan çoxşaxəli geosiyasi kimliyə malikdir

2 dəq
Paylaş:
Hikmət Hacıyev: Azərbaycan çoxşaxəli geosiyasi kimliyə malikdir

Bir neçə il əvvəl region sərhədlər, təmas xətləri və müharibələrlə bölünmüşdü. Bu gün isə Cənubi Qafqazda real sülh mövcuddur və bu sülhün möhkəmləndirilməsi üçün bütün səylərini davam etdirəcək. Biz bu istiqamətdə həm siyasi iradə, həm də cəsarət nümayiş etdirmişik. Bu, sadə səslənsə də, əslində çox dərin məna daşıyır. Çünki Qafqaz tarixən sülhü tam mənada yaşamayıb və biz onu indi formalaşdırırıq. Keçmişi inkar edə bilmərik, bu, qeyri-real olardı. Çətin bir tariximiz olub. Lakin biz onu geridə qoyaraq gələcəyə doğru irəliləyirik.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri ADF2026 çərçivəsində keçirilən “Cənubi Qafqaz: Strateji mərkəz olmaq yolunda” mövzusunda panel sessiyada səsləndirib.

O bildirib ki, Azərbaycan yalnız Cənubi Qafqaz ölkəsi deyil, eyni zamanda çoxşaxəli geosiyasi kimliyə malik ölkədir: “Bir tərəfdən, biz Cənubi Qafqazın bir hissəsiyik, digər tərəfdən, Mərkəzi Asiya ilə etnik, tarixi və mədəni bağlılıqlarımız var və biz bu məkanın da bir parçasıyıq. Eyni zamanda Təşkilatı çərçivəsində də fəal iştirak edirik ki, bu da yeni geosiyasi platforması kimi formalaşır. Bundan əlavə, Yaxın Şərq regionu ilə coğrafi yaxınlığımız bizə bu istiqamətdə də əməkdaşlıq imkanları yaradır. Azərbaycan–Türkiyə–Suriya əməkdaşlığı bunun bariz nümunəsidir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax