Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində İngiltərənin nəhəng klubu “Liverpul”la qarşılaşacaq.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, görüş Mersisayd təmsilçisinin ev stadionu olan “Enfild”də baş tutacaq.
Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Qarşılaşmanı Slovakiyadan olan FIFA referisi İvan Krujlyak idarə edəcək.
Turnir cədvəlinə nəzər salsaq, “Liverpul” hazırda 15 xalla 4-cü pillədə yer alır. “Qarabağ” isə 10 xalla 18-ci sırada qərarlaşıb.