Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kamran Əliyev Türkiyədə məktəbə edilən silahlı hücumla bağlı baş sağlığı verib

1 dəq
Paylaş:
Kamran Əliyev Türkiyədə məktəbə edilən silahlı hücumla bağlı baş sağlığı verib

Kamran Əliyev Türkiyədə məktəbə edilən silahlı hücumla bağlı Azərbaycanda səfərdə olan Ali Məhkəməsinin 2-ci Kollegiyasının Sədri Yusuf Kuzuya baş sağlığı verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Baş məlumat yayıb.

Bildirilib ki, Baş prokuror Şanlıurfa və Kahramanmaraş şəhərində məktəbə edilən silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması ilə bağlı başsağlığını bildirib, bu ağır və kədərli hadisədə həlak olanların ailə üzvlərinə, yaxınlarına səbr diləyib, yaralananların isə tezliklə sağalmasını arzulayıb.

Xatırladaq ki, aprelin 14-də Türkiyənin Şanlıurfa bölgəsinin Siverek rayonundakı liseyə silahlı hücum zamanı 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Aprelin 15-də isə Kahramanmaraşda məktəbdə silahlı hücum zamanı 9 nəfər ölüb, 13 nəfər yaralanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax