Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-Prezidenti Kaya Kallas Azərbaycana səfərə gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə APA-ya Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən bildirilib.
“Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır, ona görə də bu gün Bakıda olmaqdan məmnunam”, - Kallas qeyd edib.
Onun sözlərinə görə, xüsusilə ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığımızın dərinləşdirilməsi üçün aşkar potensial var.