Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kadi Borgesə 2 oyunluq ağır cəza verildi

1 dəq
Paylaş:
Kadi Borgesə 2 oyunluq ağır cəza verildi

"" klubunun futbolçusu Borges iki cəza ilə üzləşib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu qərar İntizam Komitəsi tərəfindən verilib.

Cəzaya səbəb braziliyalı yarımmüdafiəçinin Premyer Liqasının XX turunda "İmişli" ilə oyunda birbaşa qırmızı vərəqə almasıdır.

Bu ciddi qayda pozuntusuna görə "Köhlən atlar" klubu 1 000 manat məbləğində cərimə ödəyəcək.

"İmişli" klubunun legioneri Dioqo Almeyda da cəzasız qalmayıb. Hakimin qərarına etiraz etdiyi üçün ikinci sarı vərəqə ilə meydandan qovulan futbolçu bir matç cəzalanıb.

Bölgə təmsilçisi həmçinin 2 500 manat cərimələnib. Bundan əlavə, klub oyunun fasiləsində meydana kənar şəxsin daxil olmasına görə daha 2 500 manat ziyana düşüb.

Görüşün sonlarında isə Ağdam klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilib. Bu hal cari mövsümdə üçüncü dəfə təkrarlandığı üçün "Qarabağ" klubu 6 000 manat ödəyəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax