Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov ABŞ və İsrail ilə əlaqələri müzakirə etdi

2 dəq
Paylaş:
Ceyhun Bayramov ABŞ və İsrail ilə əlaqələri müzakirə etdi

Fevralın 9-da Azərbaycanın naziri Amerikanın Əsas Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə bildirilib ki, görüşdə -ABŞ və Azərbaycan-İsrail münasibətlərinin cari vəziyyəti, inkişaf perspektivləri, ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatları ilə , həmçinin regional vəziyyət müzakirə olunub.

Görüşdə, xüsusilə 8 avqust Vaşinqton Zirvə Görüşü kontekstində bölgədəki son proseslər, Azərbaycan- normallaşma prosesi, regional kommunikasiyalar və TRIPP marşrutunun reallaşdırılması səyləri, eləcə də postmünaqişə dövründə həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib.

Azərbaycandakı dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri, əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə xristian, yəhudi və digər din mənsublarının qarşılıqlı anlaşma və mehriban qonşuluq şəraitində yaşaması məmnunluqla vurğulanıb.

Qeyd olunub ki, ölkəmizdə əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşayan yəhudi icması Azərbaycan-İsrail tərəfdaşlığının inkişafına xüsusi töhfə verir.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax