Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və qazaxıstanlı həmkarı Yermek Koşerbayev arasında telefon danışığı baş tutub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) rəsmi məlumat yayıb.
Telefon danışığı zamanı əsas müzakirə mövzusu regionda hərbi eskalasiya və artan gərginlik olub.
Nazirlər son hadisələrdən dərin narahatlıqlarını ifadə ediblər. Tərəflər vurğulayıblar ki, vəziyyətin daha da kəskinləşməsi regional təhlükəsizlik və sabitliyə ciddi təhdid yaradır.
Müzakirələr zamanı iki ölkənin bölgədəki diplomatik missiyaları və konsulluq bölmələri arasında əməkdaşlığın gücləndirilməsi diqqət mərkəzində olub. Vətəndaşlara göstərilən dəstək istiqamətində əlaqələndirilmiş işin təşkilinin faydalı olacağı bildirilib.
Danışıq zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.