Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bayramov İraqın Baş nazirinin müavini ilə danışıb

1 dəq
Paylaş:
Bayramov İraqın Baş nazirinin müavini ilə danışıb

Azərbaycan Respublikasının naziri ilə İraq Respublikasının Baş nazirinin müavini və naziri Fuad Hüseyn arasında baş tutub.

Azərbaycanın Xarici İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, nazirlər telefon danışığı zamanı Yaxın Şərqdə müşahidə olunan hərbi eskalasiya və gərgin vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.

Bütün tərəflərin təmkin nümayiş etdirməsinin, gərginliyi artıracaq addımlardan çəkinilməsinin və mövcud mübahisələrin həlli üçün diplomatik kanallara üstünlük verilməsinin zəruri olduğu vurğulanıb.

Nazirlər beynəlxalq ictimaiyyətin koordinasiyalı səylərinin önəmini qeyd edib, mülki əhalinin və infrastrukturun qorunmasının prioritet məsələ olduğunu vurğulayıblar.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax