Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov və Hakan Fidan Yaxın Şərqi müzakirə etdi

1 dəq
Paylaş:
Ceyhun Bayramov və Hakan Fidan Yaxın Şərqi müzakirə etdi

Azərbaycanın naziri la türkiyəli həmkarı arasında baş tutub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı regiondakı hərbi-siyasi vəziyyət, xüsusilə Yaxın Şərqdə artan gərginlik və riskləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər regional eskalasiyanın daha geniş coğrafiyaya yayılmasının yolverilməz olduğunu vurğulayaraq, məsələlərin beynəlxalq hüquq normaları əsasında və diplomatik yollarla həllinin vacibliyini qeyd ediblər.

Nazirlər bölgədə sabitliyin qorunmasının və mülki əhalinin təhlükəsizliyinin təmin olunmasının prioritet məsələ olduğunu bildiriblər. AzərbaycanTürkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin mövcud çağırışlar fonunda daha da əhəmiyyət kəsb etdiyi qeyd edilib, iki qardaş ölkənin sıx koordinasiyasını davam etdirəcəyi vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax