Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə edib - YENİLƏNİB

2 dəq
Paylaş:
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə edib - YENİLƏNİB

5 mart tarixində Türkiyənin naziri Azərbaycan Respublikasının nazirinə zəng vurub.

XİN-dən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən xəbərə görə, zamanı, İran İslam Respublikası tərəfindən dünən Türkiyə istiqamətində raket hücumu, bu gün isə Azərbaycan Respublikasına edilən dron hücumu ilə bağlı qəti etiraz bildirilib. Bu kimi hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb.

Bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb.

Naxçıvana olan təyyarə reyslərinin təhlükəsizliyin təmin edilməsi məqsədilə, uçuşların müvəqqəti olaraq İğdır hava limanına təşkil olunacağı telefon danışığında qeyd olunub.

Telefon danışığı zamanı, nazirlər iki ölkə arasında strateji müttəfiqlikdən irəli gələn əlaqələndirmə işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

***

Azərbaycan Respublikasının xarici işlər naziri ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazirlər İranın Azərbaycana dron hücumlarını müzakirə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax