Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İtaliya miqrantlar üçün yeni mərkəzlər təklif edir

2 dəq
Paylaş:
İtaliya miqrantlar üçün yeni mərkəzlər təklif edir

İtaliya üçün yeni mərkəzlər yaratmağı təklif edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.

Məlumata görə, İtaliya hökuməti Avropa İttifaqında qeyri-leqal ilə mübarizəni gücləndirmək məqsədilə yeni təşəbbüslə çıxış edib. Bildirilir ki, ölkənin naziri Matteo Piantedosi avqustun 4-də keçiriləcək Aİ Şurasının iclasında qeyri-leqal miqrantların saxlanılması üçün "Albaniya modeli" əsasında fəaliyyət göstərəcək xüsusi mərkəzlərin yaradılmasını təklif edəcək. Layihənin Avropa fondları hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Nəşrin yazdığına görə, bu mərkəzlərin yerləşdirilə biləcəyi ölkələrin ilkin siyahısına Ruanda, Qana, Seneqal, Tunis, Liviya, Mavritaniya, Misir, Uqanda, Efiopiya, eləcə də Özbəkistan, Monteneqro və daxil edilib.

Məlumatda qeyd olunur ki, təşəbbüs İspaniyanın Mərakeşlə sərhədində yaranmış son miqrasiya böhranı fonunda gündəmə gəlib. Bildirilir ki, iyulun 30-da Mərakeşlə İspaniyanın Seuta anklavı arasındakı sərhəddə sosial şəbəkələr vasitəsilə koordinasiya olunan minlərlə miqrant sərhədi keçməyə cəhd edib. Nəticədə İspaniya hakimiyyəti əlavə polis və hərbi qüvvələri bölgəyə cəlb edib. Bir sutka ərzində 40 mindən 60 minə qədər şəxsin sərhədi keçməyə çalışdığı iddia olunur.

Qeyd edilir ki, baş verən hadisələrdən sonra İtaliyanın Corcia Meloni İspaniya ilə Şengen sazişinin müvəqqəti dayandırılması imkanını nəzərdən keçirdiyini bildirib. Finlandiya və Danimarkanın da bu təşəbbüsə dəstək verdiyi, Aİ rəhbərliyi və Almaniya kansleri Fridrix Mertsin isə sərhəd təhlükəsizliyinin gücləndirilməsi və qeyri-leqal keçidlərin dayandırılmasına çağırış etdiyi vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax