İsrail ordusu Livanın cənubunda hərbi əməliyyatlarını genişləndirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Livanın yerli media orqanları məlumat yayıb.
Məlumata görə, Yuxarı Nəbatiyyə bölgəsinin Rüveys məhəlləsi iki pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb.
Bildirilib ki, Sur şəhəri yaxınlığındakı Mənsuri və Məcdəl Zun qəsəbələri arasındakı Meşa bölgəsində, həmçinin Bint Cubeyl rayonunun Həddasa kəndi ərazisində də güclü partlayışlar baş verib.
Hadisələrin təfərrüatı və mümkün ölən və yaralananlar barədə rəsmi qurumlar hələlik əlavə məlumat açıqlamayıb.