Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

SEPAH Küveyt və Bəhreyni vurdu

2 dəq
Paylaş:
SEPAH Küveyt və Bəhreyni vurdu

-ın regiondakı bazalarına zərbəsi endirdiyini bildirir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Sirik və Qeşm adasına hücumdan sonra ABŞ ordusunun regiondakı bazalarının SEPAH Hava Qüvvələrinin raketləri ilə hədəfə alındığını açıqlayıb.

SEPAH bəyanatda bu gün səhər saatlarında iki ABŞ tankerinin Hörmüz boğazından qanunsuz şəkildə çıxmağa cəhd etdiyini, xəbərdarlıqdan sonra onlardan birinin hədəfə alınaraq dayandırıldığını, digər qayda pozan gəmilərin isə geri qayıtdığını bildirib.

Bəyanatda qeyd olunub ki, bu hadisədən sonra ABŞ pilotsuz uçuş aparatları Qeşm adasında bir rabitə qülləsini və Sirikdəki bir qülləni iki mərmi ilə vurub.

SEPAH bildirib ki, ABŞ-ın bu təcavüzünə cavab olaraq Küveytdəki ABŞ hava bazası — Əli əs-Salim bazası və Bəhreyndə ABŞ-ın Beşinci Donanmasına məxsus mühüm obyektlər SEPAH Hərbi Hava Qüvvələrinin ballistik raketlərinin atəşinə məruz qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax