İranın xarici işlər naziri Abbas Əraqçi Pakistanda baş tutan sülh danışıqlarının nəticəsiz qalmasında ABŞ-ni günahlandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" İranın dövlət mediasına istinadən xəbər verir ki, nazir bazar ertəsi etdiyi çıxışında Vaşinqtonun irəli sürdüyü həddindən artıq tələblərin prosesin çökməsinə gətirib çıxardığını vurğulayıb.