İran Prezidenti Məsud Pezeşkian ölkəsinə qarşı həyata keçirildiyini iddia etdiyi son hücumlarla bağlı açıqlama verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Məsud Pezeşkian ABŞ və İsrail tərəfindən İran xalqına qarşı törədildiyini iddia etdiyi hərəkətlərin cavabsız qalmayacağını bildirib.
Məlumata görə, dövlət başçısı rəsmi Tehranın məsələni beynəlxalq hüquq normaları çərçivəsində və bütün diplomatik vasitələrdən istifadə etməklə qətiyyətlə izləyəcəyini vurğulayıb.
Bildirilir ki, Pezeşkianın sözlərinə əsasən, İranın məqsədi bu addımları hüquqi müstəvidə gündəmə gətirmək və məsul şəxslərin beynəlxalq hüquq çərçivəsində cavabdeh olmasına nail olmaqdır.
Qeyd edək ki, son dövrlərdə Yaxın Şərqdə gərginliyin artması fonunda İran rəhbərliyi beynəlxalq platformalarda diplomatik fəaliyyətini daha da intensivləşdirib.