İranın xarici işlər naziri Abbas Araqçı ilə Fransanın xarici işlər naziri arasında telefon danışığı baş tutub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər İslamabad anlaşmasının icrası, regionda sülhün və sabitliyin təmin olunması, eləcə də ABŞ və İsrail tərəfindən təşviq edildiyi iddia olunan müharibənin dayandırılması istiqamətində atılacaq addımları müzakirə ediblər.
Məlumata görə, sözügedən telefon danışığı Abbas Araqçının son günlər həyata keçirdiyi intensiv diplomatik təmasların davamıdır. O, bu müddət ərzində Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Böyük Britaniya və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə də bir sıra telefon danışıqları aparıb.
Bildirilib ki, İranın xarici işlər naziri bazar günü Bağdada səfər edib. Səfər çərçivəsində o, Fars körfəzi regionunda kollektiv təhlükəsizlik mexanizminin yaradılması təşəbbüsü ilə çıxış edib.
Hazırda İran və Fransa xarici işlər nazirləri arasında keçirilən son telefon danışığının detalları ilə bağlı əlavə məlumat açıqlanmayıb.