"İran mümkün yanlış hesablamaların qarşısını almaq üçün ABŞ-ni ciddilik və realizm nümayiş etdirməyə çağırıb".
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Əraqçi qeyd edib ki, o, misirli həmkarı ilə regional hadisələri müzakirə edib və ona İran ilə ABŞ arasında aparılan dolayı danışıqlar, xüsusilə də 26 fevral tarixində Cenevrədə keçirilmiş görüş barədə məlumat verib.
İranın məsələlərin diplomatik yollarla həllinə sadiqliyini xatırladan xarici işlər naziri bildirib ki, bu istiqamətdə uğur əldə etmək üçün qarşı tərəf də ciddi və realist mövqe nümayiş etdirməlidir:
"Biz məsələlərin diplomatik yollarla həllinə sadiqik. Bu istiqamətdə uğur əldə etmək üçün qarşı tərəf də ciddi və realist mövqe nümayiş etdirməlidir ki, hər hansı yanlış hesablamaların və ya həddindən artıq tələblərin qarşısı alınsın".
Daha əvvəl Əraqçi bildirmişdi ki, Cenevrədə İran ilə ABŞ arasında keçirilən dolayı danışıqların üçüncü raundu indiyədək ən intensiv mərhələ olub və müzakirələr zamanı müəyyən irəliləyiş əldə edilib.
Tərəflər bundan əvvəl bir görüşü Omanda, daha birini isə Cenevrədə keçiriblər.