İran silahlı qüvvələri ABŞ və İsrailin enerji infrastrukturuna hücumlarından sonra Yaxın Şərqdəki Amerika obyektlərinə qarşı cavab zərbələrində artıq təmkin nümayiş etdirməyəcəyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumatı xarici KİV yayıb.
Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) indiyədək mehriban qonşuluq prinsiplərinə əsaslanaraq cavab zərbələrində müəyyən məhdudiyyətlər tətbiq etdiyini, lakin bundan sonra bu məhdudiyyətlərin aradan qaldırıldığını bildirib.
SEPAH həmçinin xəbərdarlıq edib ki, ABŞ Prezidenti İranın enerji obyektlərinə hücum təhdidlərini həyata keçirərsə, İran qüvvələri ABŞ-nin enerji infrastrukturuna ciddi və uzunmüddətli ziyan vura bilər.