İranda İsrailin xeyrinə casusluq etməkdə təqsirli bilinən şəxs barəsində çıxarılan ölüm hökmü icra olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı İranın "Mehr" agentliyi yayıb.
İran İsrailə casusluqda ittiham olunan şəxsi edam edib
Məlumata görə, Həmid Rza Sabit İsmayılpur adlı İran vətəndaşı ölkənin düşmən hesab etdiyi İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıq etdiyi üçün asılaraq edam edilib.
İstintaq materiallarına əsasən, o, 28 aprel 2025-ci il tarixində saxlanılmışdı.
Məhkəmə prosesi zamanı iddia olunub ki, edam edilən şəxs "Mossad" əməkdaşı ilə mütəmadi əlaqə saxlayıb, ona məxfi məlumatları və sənədləri ötürüb.
Bildirilir ki, çıxarılan ölüm hökmü İslam Respublikasının Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minib.