Operativ Məlumat Mərkəzi

İran 800 nəfərin edam ediləcəyi ilə bağlı iddiaları təkzib etdi

2 dəq
Paylaş:
İran 800 nəfərin edam ediləcəyi ilə bağlı iddiaları təkzib etdi
Rəsmi Tehran ABŞ prezidenti Donald Trampın edamların ləğv edilməsi ilə bağlı bəyanatına münasibət bildirərək, bu xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Beqayi həftəlik konfransında ölkədə 800 nəfərin ediləcəyi barədə yayılan məlumatları qəti şəkildə təkzib edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu cür iddiaların məsuliyyətsiz və əsassız olduğunu bildirib.

"Məhkəmə qərarlarının qəbul edilməsi müəyyən vaxt tələb edir. Belə mühüm məsələ barədə bu qədər qısa müddətdə qərar verilə bilməz" - deyə sözçü qeyd edib.

Beqayi həmçinin bəzi səfirliklərin bağlanması ilə bağlı suallara da aydınlıq gətirib.

O bildirib ki, internetin kəsilməsi və baş verən hadisələrdən yaranan narahatlıq səbəbindən bəzi diplomatlar ölkələrinə qayıtsalar da, heç bir səfirlik fəaliyyətini dayandırmayıb.

rəhbərliyi müvəqqəti gedən diplomatların tezliklə geri dönəcəyinə və iş rejiminin normallaşacağına ümid etdiyini vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Tramp yanvarın 16-da hesabında İran rəhbərliyinin 800-dən çox edam qərarını ləğv etməsini alqışladığını bildirmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax