İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-ın Tehranın Yəmən üsyançıları Ənsar Allah (Husi) hərəkatını silahla təchiz etməkdə əli olması ilə bağlı ittihamlarını rədd edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, dünya təşkilatının Təhlükəsizlik Şurasının sədrinə müvafiq məktub göndərib.
“İran bu əsassız ittihamları qəti surətdə rədd edir və onları ABŞ-ın Yəmənə qarşı qeyri-qanuni hərəkətlərinə və hərbi təcavüzünə haqq qazandırmaq və qanuniləşdirmək üçün istifadə etdiyi bəhanə kimi qəbul edir”.
İrəvaninin sözlərinə görə, Tehran müntəzəm olaraq Yəməndəki böhranın diplomatiya yolu ilə həllinin tərəfdarıdır və heç vaxt BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd fəaliyyətlər, o cümlədən silah satışı və ya ötürülməsi ilə məşğul olmayıb.