Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İpoteka Fondu sığorta sayını açıqladı

2 dəq
Paylaş:
İpoteka Fondu sığorta sayını açıqladı

2024-cü ildən bəri İpoteka və Fondunun (İKZF) xətti ilə 13 mindən çox həyat və 37 mindən çox əmlak sığortası müqaviləsi imzalanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Fondun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev bildirib.

Onun sözlərinə görə, son 3 ildə Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə ümumilikdə 11,6 min əmlak qiymətləndirilib.

Bundan başqa, R.Abdullayev deyib ki, bu ilin I yarısında ipoteka kreditləşməsi ilə mənzillərin orta 160 olub: "Adi ipoteka kreditləri hesabına alınan mənzillərin orta dəyəri 175,5 min manat, güzəştli ipoteka kreditləri hesabına alınan mənzillərin orta dəyəri isə 133,4 min manat təşkil edib. İpoteka kreditlərinin orta məbləği 101 min manat, orta müddəti 290 ay, orta çəkili faiz dərəcəsi 6,4 %, kredit alanların orta yaşı isə 34 olub. Aylıq ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə azalaraq 702 manata düşüb".

Departament direktoru bildirib ki, hazırda ipoteka kreditlərinin orta çəkili faiz dərəcəsi 6,5 %-lik uçot dərəcəsinə yaxındır.

"Bəzi Avropa ölkələri ilə müqayisədə Azərbaycanda ipoteka kreditləri üzrə faiz dərəcələri daha əlverişli hesab olunur. Çünki iqtisadi reallıqlarla bağlı bir çox ölkələrdə ipoteka faizləri mərhələli şəkildə artırılıb. Dövlət dəstəyi nəticəsində isə Fond uzun illərdir ipoteka kreditləri üzrə faiz dərəcələrinin sabit saxlanmasını təmin edib", - deyə İKZF rəsmisi vurğulayıb.

O xatırladıb ki, hazırda güzəştli ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsi 4 %, adi ipoteka kreditləri üzrə isə 8 % təşkil edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax