Azərbaycanda əsas kapitala investisiyalar artım nümayiş etdirir. Bu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatına 4 milyard 049,8 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14,9 % çox vəsait yönəldilib.
“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, o cümlədən, son 1 ildə qeyri neft-qaz sektoruna investisiyalar 2,2 % artaraq 2 milyard 523,9 milyon manata çatıb.