Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Amnistiya aktının icrası başa çatıb, 22 935 şəxsə şamil edilib

3 dəq
Paylaş:
Amnistiya aktının icrası başa çatıb, 22 935 şəxsə şamil edilib

Prezidentin təşəbbüsü əsasında tərəfindən qəbul "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" 19 dekabr 2025-ci il tarixli Qərarın icrası başa çatıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Amnistiya aktının icrası qeyri-hökumət təşkilatları, media və digər vətəndaş cəmiyyəti nümayəndələri də cəlb edilməklə 4 ay müddətində həyata keçirilib.

Bildirilib ki, dövlətin humanizm siyasətinin növbəti təzahürü olan bu qərar olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır.

Belə ki, sayca 13-cü olan bu amnistiya aktı ümumilikdə 22 935 şəxsə edilib.

Amnistiya tətbiq olunan şəxslərin 5 348-i müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına edilmiş 3 555 nəfərin cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.

Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 9 714 şəxsə də amnistiya tətbiq edilib. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 7 970, islah işləri cəzasına məhkum olunmuş 734, ictimai işlər cəzasına məhkum edilmiş 82, cərimə cəzasına məhkum edilmiş 741, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş 175, intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş 12 şəxs bu cəzalardan azad edilib. Eyni zamanda şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 1059 məhkum barəsində də amnistiya tətbiq olunub.

Həmçinin məhkəmələrin icraatında olan işlər üzrə 1 676, ibtidai istintaq və təhqiqat orqanlarının icraatında olan işlər üzrə isə 1 583 olmaqla, ümumilikdə 3 259 şəxs cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, 1996-cı ildən etibarən ümumilikdə qəbul edilmiş 13 amnistiya aktı dövlətin cəza siyasətində humanizmə, insan hüquqlarının daha səmərəli təminatına, sosial ədalətə, eləcə də bərpaedici yanaşmalara üstünlük verdiyini bir daha nümayiş etdirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax