Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev: Mərkəzi Asiya ilə münasibətlər xarici siyasətin prioritetidir

2 dəq
Paylaş:
İlham Əliyev: Mərkəzi Asiya ilə münasibətlər xarici siyasətin prioritetidir

Mərkəzi ölkələri ilə Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İlham Əliyev Mərkəzi Asiya və dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxış edərkən bildirib.

"Sadəcə olaraq 2023-cü ilin əvvəlindən bu günə qədər olan qarşılıqlı səfərlərin dinamikasını demək kifayətdir. Üç il yarım ərzində mən Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm. Həmkarlarım bu müddət ərzində Azərbaycana 26 dəfə səfər ediblər. Bu statistika münasibətlərin dinamikasından və yaxınlığından açıq şəkildə xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib", - İ.Əliyev bildirib.

həmçinin qeyd edib ki, bu formatın tamhüquqlu üzvü kimi məşvərət görüşündə ilk dəfə iştirak edir: "Sizi əmin etmək istəyirəm ki, Azərbaycan öz tərəfindən əməkdaşlığın daha da inkişaf etdirilməsi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması üçün bütün səyləri göstərəcək".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax