Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev: Ermənistanı bizdən qorumağa ehtiyac yoxdur

1 dəq
Paylaş:
İlham Əliyev: Ermənistanı bizdən qorumağa ehtiyac yoxdur

Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə səsləndirib.

Dövlətimizin başçısı əlavə edib: “Bu gün hələ də - sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax