Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev: Cəbrayılın ölkəmiz üçün böyük töhfəsi olacaq

2 dəq
Paylaş:
İlham Əliyev: Cəbrayılın ölkəmiz üçün böyük töhfəsi olacaq

Ümumiyyətlə, Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İlham Əliyev mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşündə deyib.

"Köhnə yolu siz yəqin ki, xatırlayırsınız, sovet vaxtında - işğala qədər çox ensiz bir yol idi, düz Araz çayının boyunca gedirdi. Onu biz bərpa etdik, amma yeni yol, - indi bilmirəm, siz onu görmüsünüz, yoxsa yox, - Zəngəzur dəhlizinin bir hissəsi olan, ta sərhədinə gedən dördzolaqlı yol. Yəni bunun ondan yuxarı standartları da yoxdur. Ona görə nəqliyyat məsələləri də burada həll olunur və gələcəkdə Cəbrayıl, nəqliyyat dəhlizi üzərində qurulan şəhər və kəndlər bundan faydalanacaq",- bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax