Hikmət Hacıyev: "İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması unikal təcrübədir"

Hikmət Hacıyev: "İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması unikal təcrübədir"
22.12.2023 11:03
Aa
dəq

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması beynəlxalq ictimaiyyətlə paylaşılacaq unikal təcrübədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanması mərasimində bildirib.

Onun sözlərinə görə, 30 illik işğal dövründə 9 şəhər və yüzlərlə yaşayış məskəni tamamilə məhv edilib.

H.Hacıyev əlavə edib ki, Azərbaycan tərəfdaşlarla çox yaxından işləyərək, Ümumdünya Şəhərsalma Forumunun yüksək səviyyədə keçirilməsinə çalışacaq.

"BMT-nin bütün qurumlarına təşəkkür edirəm ki, bu istiqamətdə Azərbaycana dəstək göstərirlər", - deyə şöbə müdiri qeyd edib.

Həftənin ən çox oxunanları

Mehriban Əliyeva Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Raman Saleyi təbrik edib
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib
DAVAMIN OXU davamın oxu

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb
DAVAMIN OXU davamın oxu

Prezident fərman İMZALADI

Prezident fərman İMZALADI
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ
DAVAMIN OXU davamın oxu