Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Sarayevoda qeyd olunub

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Sarayevoda qeyd olunub
10.05.2024 15:21
Aa
dəq

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyində tədbir keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfirlikdən verilən məlumata görə, tədbir iştirakçıları tərəfindən əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.

Daha sonra Səfir Vilayət Quliyev çıxış edərək Heydər Əliyevin istər Sovet İttifaqı dövründə, istərsə də müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycana rəhbərlik etdiyi zaman ölkədə sabitliyin, iqtisadi inkişafın, enerji strategiyasının əsasının qoyulduğunu və Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinin möhkəmləndiyini vurğulayıb.

Səfir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkənin davamlı inkişafı naminə əsasını qoyduğu bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Müasir Azərbaycan dövlətinin qurucusu kimi ölkənin əldə etdiyi bütün uğurlarda, torpaqların işğaldan azad edilməsində, Azərbaycanın yalnız regionda deyil, dünya miqyasında nüfuz və etibar qazanmağında Heydər Əliyev şəxsiyyəti və irsinin böyük rolu olduğunu qeyd edib.

Həftənin ən çox oxunanları

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Qarabağ Universitetinə rektor təyin edilib

Qarabağ Universitetinə rektor təyin edilib
DAVAMIN OXU davamın oxu

Prezident iyulda müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident iyulda müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
DAVAMIN OXU davamın oxu

Deputat: Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?

Deputat: Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?
DAVAMIN OXU davamın oxu

Qısamüddətli mühafizə orderlərini polis orqanlarının verməsi təklif olunur

Qısamüddətli mühafizə orderlərini polis orqanlarının verməsi təklif olunur
DAVAMIN OXU davamın oxu