Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan növbəti tədbir keçirilib

Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan növbəti tədbir keçirilib
29.04.2023 11:25
Aa
dəq

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda keçirilən tədbirlər davam etdirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Milli Müdafiə Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Tarixin və zamanın fövqündə dayanan zirvə" mövzusunda elmi-praktik konfrans keçirilib.

Milli Müdafiə Universitetinin zabit, professor və müəllim heyətinin iştirakı ilə keçirilən konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçılar müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətindən danışıb, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu quruculuğunda müasir hərb elminin inkişafına nail olunduğunu qeyd ediblər.

Konfransda, həmçinin Ümummilli Liderin həyat və fəaliyyətinə dair müxtəlif mövzularda elmi məruzələr təqdim edilib.

Həftənin ən çox oxunanları

Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - YENİLƏNİB

Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüb

Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüb
DAVAMIN OXU davamın oxu

Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək beynəlxalq təlimlərə qatılacaq

Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək beynəlxalq təlimlərə qatılacaq
DAVAMIN OXU davamın oxu

Türkiyənin Baş Qərargah rəisi Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib - YENİLƏNİB

Türkiyənin Baş Qərargah rəisi Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Aqil Qurbanovun Çinə gedib

Aqil Qurbanovun Çinə gedib
DAVAMIN OXU davamın oxu