Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rayonlarda leysan yağışları və güclü külək müşahidə olunub

2 dəq
Paylaş:
Rayonlarda leysan yağışları və güclü külək müşahidə olunub

Azərbaycanın bəzi yerlərində qeyri-, yağıntılı davam edib, şimşək çaxıb, bəzi yerlərdə yağıntılar xarakterli intensiv olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 1-i saat 10:00-a olan məlumatında qeyd edilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və yarımadasında 18-22 mm yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 300-524 %-ni təşkil edib. Saat 20:35 və 21:50 radələrində şəhərətrafı ərazilərdə intensiv leysan yağışla bərabər xırda dənəli dolu müşahidə olunub.

Rayonlarda düşən yağıntının miqdarı: Şahdağda 51 (aylıq normanın 151 %-i), Qusarda 28 (aylıq normanın 83 %-i), Qəbələdə 18, Xızı, Xaltan, Şabranda 14, Qrızda 13, Xınalıq, Ağstafada 10, Lerik, Oğuzda 8, Zaqatala, Qax, Şəki, Balakəndə 7, Qobustanda 5, Qubada 4, Lənkəran, Astara, Yardımlıda 3, Göyçay, İmişli, Sabirabad, Biləsuvar, Daşkəsəndə 2, Şamaxı, Xaçmaz, Şirvan, Mingəçevir, Yevlax, Zərdab, Kürdəmir, Salyan, Ağdam, Tovuz, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada 1 mm-dək qeydə alınıb.

Bəzi yerlərdə külək əsib. Şimal-qərb küləyinin maksimal Neftçalada 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şirvanda 18, Culfada 17 m/s-yə çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə