Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur - YENİLƏNİB-5

5 dəq
Paylaş:
Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur - YENİLƏNİB-5

Son saat ərzində daha 30 əcnəbi - Braziliya, Polşa, Çin, Nepal, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Fransa və Tunis vətəndaşları "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” "Report"a istinadən xəbər verir ki, tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.

Qeyd edək ki, onların arasında Çin vətəndaşları üstünlük təşkil edir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.

***

Çinin üç vətəndaşı İrandan Azərbaycana təxliyə edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” "Report"a istinadən xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi davam etdirilir.

Qeyd edək ki, İrandan Azərbaycana təxliyə olunacaq Çin vətəndaşlarının ümumi sayının 10 nəfərdən çox olacağı gözlənilir.

***

ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda 28 fevral saat 8.00-dan 1 mart saat 10.00-dək İrandan (Azərbaycan sərhədi ilə) 30 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı ölkəmizə təxliyə olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” "Report"a istinadən xəbər verir ki, ümumilikdə 31 nəfərin Azərbaycana keçidi təmin edilib.

Daha əvvəl Azərbaycanın İşlər Nazirliyi İranda vəziyyətinin gərginləşdiyini nəzərə alaraq vətəndaşları İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan vətəndaşlara isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.

***

ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının "Astara" sərhəd-keçid məntəqəsindən ölkəyə keçidi təmin olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” “Report”a istinadən xəbər verir ki, son sutka ərzində ümumilikdə 17 vətəndaş Azərbaycana təxliyə edilib.

Bununla yanaşı, bir İtaliya vətəndaşı da "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana keçib.

Daha əvvəl Azərbaycanın İşlər Nazirliyi İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq vətəndaşları İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan vətəndaşlara isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb. ABŞ və İsailin İrana hücumları nəticəsində İranın Dövlət Xəbər Agentliyi Əli Xameneinin öldürüldüyünü təsdiqləyib.

***

ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi davam edir.

“Operativ Məlumat Mərkəzi-OMM” “Report”a istinadən xəbər verir ki, fevralın 28-i saat 08:00-dan martın 1-i saat 00:00-dək ümumilikdə 12 vətəndaşın İrandan təxliyəsi həyata keçirilib.

İrandan təxliyə edilən vətəndaşlardan üçü azyaşlıdır.

Bununla yanaşı, bir İtaliya vətəndaşı da "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana keçib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax