Kolumbiya ərazisində 5.9 bal gücündə baş verniş zəlzələdən bir neçə saniyə əvvəl "Google" tərəfindən sakinlərə xəbərdarlıq göndərilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Google" baş verən zəlzələni əvvəlcədən aşkar edib və istifadəçilərinə bu barədə məlumat göndərib.
"Google"-un zəlzələ xəbərdarlığı sistemi bir daha uğurlu bir sınaq keçirib və Android əməliyyat sistemindən istifadə edənlərin telefonları saniyələr əvvəl titrəyərək zəlzələ olacağını bildirilib.
Qeyd edək ki, pulsuz zəlzələ xəbərdarlığı sistemi "Parametrlər" bölməsində asanlıqla aktivləşdirilə bilər.
Kolumbiyada bu sistem avqust ayından ehtibarən istifadəyə verilib.