Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfər çərçivəsində Moskvada “Naməlum əsgər” məzarını ziyarət edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.
Nümayəndə heyəti “Naməlum əsgər” məzarının önünə əklil qoyub.