Gəncədə psixotrop maddə, odlu silah saxlayan, soyğunçuluq və oğurluq edən şəxslər tutulub

Gəncədə psixotrop maddə, odlu silah saxlayan, soyğunçuluq və oğurluq edən şəxslər tutulub
08.05.2023 12:20
Aa
dəq

Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddə, odlu silah əldə edib saxlamaqda habelə mağaza və evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulublar.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Baş İdarənin Cinayət-Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İlqar Ələkbərov saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman ümumilikdə 27 ədəd narkotik tərkibli güclü təsir edici həblər aşkar edilərk götürülüb.

Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-tədbirləri nəticəsində isə qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Elçin Əliyev saxlanılıb. Şəhər ərazisində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən E. Əliyevin üzərinə baxış keçirilən zaman əlindəki sellofan torbadan 2 ədəd lüləsi və qundağı kəsilmiş müxtəlif markalı ov tüfəngi həmçinin 2 ədəd patron aşkar olunaraq götürülüb.

Gəncə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin və 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qadına qarşı zor tətbiq etməklə mobil telefonunu oğurlayaraq soyğunçuluq etməkdə şübhəli bilinən Vədat Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.

Baş İdarərnin Cinayət-Axtarışı İdarəsinin və 4-cü Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisindəki fərdi yaşayış evlərindən ümumi dəyəri 10.000 manatdan çox olan tikinti və məişət əşyalarını oğurlayan şəxslərin Emin Rzayev və Ruslan Məmmədov olmaları müəyyən olunub. Hər iki şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər ərazisindəki mağazadan oğurluq etməkdə şübhəli bilinən Atəş Paşayev də saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu