Gəncədə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 74 nəfər saxlanılıb

Gəncədə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 74 nəfər saxlanılıb
24.10.2023 09:02
Aa
dəq

Gəncədə quldurluq etməkdə və narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 3-cü Polis Bölməsinin, Cinayət Axtarışı İdarəsinin və Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtraış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə şəhər sakini olan bir qadına kəsici alətlə üz nahiyyəsindən xəsarət yetirərək onun ümumilikdə 637 manat dəyərində əmlakını quldurluq yolu ilə ələ keçirib. Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Bundan başqa Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının oktyabr ayınını 21-23 tarixlərində şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə çərçivəsində daha 74 nəfər saxlanılıb.

Saxlanılan hər bir şəxsin üzərinə, avtomobillərinə, yaşadıqları evlərə o cümlədən digər yerlərə axtarış aparılan zaman müxtəlif çeşidli narkotik vasitələr, o cümlədən güclü təsir edici gücə malik narkotik maddələr aşkar edilərək götürülüb.

Hər bir faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Onu da qeyd edək ki, saxlanılan şəxslərdən 12 nəfəri sükan arxasında narkotik vasitə qəbul edən şəxslərdir.

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu