Füzuli şəhərinə növbəti köç yola salınıb

Füzuli şəhərinə növbəti köç yola salınıb
23.04.2024 06:59
Aa
dəq

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 150 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 744 ailənin, yəni 2839 nəfərin daimi məskunlaşması təmin edilib.

Həftənin ən çox oxunanları

İlham Əliyev ilə Aleksandr Lukaşenko Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar - YENİLƏNİB

İlham Əliyev ilə Aleksandr Lukaşenko Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİB

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezidentlər işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar - YENİLƏNİB

Prezidentlər işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Əliyev və Lukaşenko Şuşaya səfər ediblər - YENİLƏNİB

Əliyev və Lukaşenko Şuşaya səfər ediblər - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - YENİLƏNİB-2

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - YENİLƏNİB-2
DAVAMIN OXU davamın oxu