İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununu fransalı hakim idarə edəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, qarşılaşmanın baş hakimi Villi Delajo olacaq.
FIFA referisinə həmyerliləri Ervan Finjean və Valentin Evrard kömək edəcək. Dördüncü hakim funksiyasını Matye Vernis yerinə yetirəcək. VAR-da Jerom Brizar, AVAR-da serbiyalı Momçilo Markoviç əyləşəcək.
Xatırladaq ki, qarşılaşma sentyabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.